Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Əməyin Mühafizəsi və Təhlukəsizlik Qaydaları üzrə Təlimat
1. Təhlükəsizlik üzrə ümumi tələblər
1.1. Həqiqi nümunəvi təlimat əsasında mətbəx işçisi üçün əməyin mühafizəsi üzrə onun konkret bir təşkilatda iş şəraitini nəzərə alaraq təlimat hazırlanır.
1.2. Mətbəx işçisinə təhlükəli və zərərli istehsal amilləri (mexaniki avadanlığın hərəkətli hissəsi, daşınan xammal, yarımfabrikatlar; taranın, avadanlıqların, yemək qazanlarının səthinin yüksək temperaturu; iş zonasının yüksək hava temperaturu; havanın yüksək hərəkətliyi; elektrik zəncirdə gərginliyin yüksək miqdarı; avadanlıqın, alətin, inventarın, taranın səthində əyri-üyrülük, iti künclər, tilişkələr; iş zonasının havasında zərərli maddələr; fikizi yükləmələr) təsir edə bilərlər.
1.3. Mətbəx işçisi həyatı və insanların sağlamlığını təhlükə altına qoyan istənilən vəziyyət haqqında, istehsalda olmuş hər bədbəxt hadisə haqqında, öz sağlamlığı vəziyyətinin pisləşməsi haqqında, həmçinin kəskin xəstəlik əlamətlərinin təzahürü haqqında öz bilavasitə rəhbərinə xəbər verir.
1.4. Mətbəx işçisi:
üst geyimini, ayaqqabısını, baş geyimini, şəxsi əşyalarını qarderobda saxlamalıdır;
işə başlamamışdan öncə əllərini sabunla yumalıdır, təmiz sanitar paltarı geyinməlidir, papağın və ya qıyqacın altına saçları yığmalıdır və ya saçlar üçün xüsusi tor papaqı geyinməlidir;
təmiz sanitar geyimdə işləməlidir, və onu çirklənməsinə uyğun olaraq dəyişməlidir;
tualetə getdikdən sonra əllərini sabunla yumalıdır;
istehsalat yerində və köməkçi otaqlarda qidanı qəbul etməməlidir.
2. İşə başlamamışdan əvvəl təhlükəsizlik tələbləri
2.1. Sanitar paltarının bütün düymələrini bağlamaq, paltarın sallanan sonluqlarını saxlamamaq.
Paltarı sancaqla və iynə ilə sancmamaq, paltarın cibində iti əşyalar saxlamamaq.
2.2. İş üçün lazımi inventarın işlək vəziyyətdə olmasını və mövcudluğunu yoxlamaq; boş keçidlərin mövcudluğunu təmin etmək.
2.3. Təhlükəsiz işi təmin məqsədi ilə stellajın və avadanlığın binövrəyə dayaqının möhkəmliyini yoxlamaq, səthi baxışla aşağıdakıları yoxlamaq:
Iş zonasının işıqlandırılmasının kafiliyini;
elektrik şəbəkəsinin sallanan və açıq sonluqlarının yoxluğunu;
Döşəmənin vəziyyəti (çökək, düz olmayan, sürüşkən yerlərin, açıq trapların, açıq çəpərlənməmiş lyükların və quyuları olmaması);
Çəlləklərin, bidonların və s. daşınması üçün arabalarda qoruyucu pərçimlərin mövcudluğu;
Yükləmə-boşaldılma mexanizmlərin mövcudluğu və işlək vəziyyətdə olması;
İşə salma qurğularının və cərəyankeçirici qurğuların bağlanmasının etibarlılığını, yad əşyaların qoşulan elektrik avadanlığının ətrafında və içində olmaması;
2.4. qoşulacaq avadanlığın qoşma-sazlama qurğularının (işə salan düymənin, dəyişdirici açarların,rubilniklərin və s.) işlək vəziyyətdə olmasını yoxlamaq
2.5. Qaldırıcı nəqliyyat avadanlığının işini yoxlamaq, qoşma-sazlama qurğularını boş vəziyyətdə işlətmək
2.6. Su kəməri xəttində suyun mövcudluğunu yoxlamaq.
2.7. Qaz istifadə edən qurğuların təhlükəsiz qoşulması üçün otaqın, yanma kamerasının və odluğun havasını dəyişmək. Odluqları təhlükəsiz qaydada yandırmaq.
2.8. Hərəkətedilən avadanlıqı aşbazların iş yerində etibarlı bir şəkildə istehsalat stolunda, arabada, dayaqda bərkitmək lazımdır; rahat şəkildə xammal və yarımfabrikat ehtiyatını yerləşdirmək lazımdır.
2.9. Avadanlıqın, inventarın, elektrik şəbəkəsinin bütün nasazlıqları barədə bilavasitə rəhbərə məlumat vermək və işə bu nasazlıqları aradan qaldırdıqdan sonra başlamaq.
2.10. Konveyerin istismarı, yükləmə-boşaldılma, qaz odluqunun yandırılması, yüksəklikdə iş görülən zaman əməyin mühafizəsi üzrə nümunəvi təlimatlarda qeyd edilən təhlükəsizlik tələblərinə əməl etmək.
3. İş zamanı təhlükəsizlik tələbləri
3.1. Yalnız o işi yerinə yetirmək lazımdır ki, hansından təlim və əməyin mühafizəsi üzrə təlimat keçirilib və hansına ki, işlərin təhlükəsiz icrası üçün məsuliyyətli işçi tərəfindən icazə verilmişdir.
3.2. Öz işini öyrədilməmiş və yad şəxslərə tapşırmaq olmaz.
3.3. Təhlükəsiz iş üçün lazım olan işlək vəziyyətdə olan qaldırıcı nəqliyyat avadanlığını, aləti, qurğuları istifadə etmək; onları yalnız nəzərdə tutulduqları işlər üzrə istifadə etmək.
3.4. Binada və müəssisənin ərazisində hərəkətetmə qaydalarına riayət etmək; ancaq təyin olunmuş keçidlərdən istifadə etmək.
3.5. İş yerini təmiz saxlamaq; döşəməyə tökülmüş yağları, maddələri vaxtı-vaxtında silmək və təmizləmək.
3.6. Avadanlıq, stollar, stellajlar arasındakı keçid yolları; idarəetmə pultuna, rubilnikə keçidləri; təxliyyə yollarını və digər yolları tara ilə, inventar ilə, yarımfabrikatlarla, mətbəx əşyaları ilə bağlamaq olmaz.
3.7. İnventarın və mətbəx qablarının (qazanların qulpları, tavalar) qaynar səthləri ilə təmas zamanı əllərin mühafizə vasitələrindən istifadə etmək.
3.8. Boru kəmərlərinin ventillərini, kranlarını yavaş, böyük güc sərf etmədən açmaq lazımdır. Bu məqsədlər üçün çəkiclərdən, qayka açarlardan və başqa əşyaları tətbiq etməmək.
3.9. Taranı açmaq üçün xüsusi nəzərdə tutulmuş alətdən istifadə etmək (kəlbətin, konserv bıçaqı və s.). Bu işləri təsadüfi əşyalarla və ya alətlərlə etmək olmaz.
3.10. Taxta çəlləkləri üst halqasını çıxarmaqla və korpusunu ikinci halqadan azad edərək açmaq lazımdır. Halqanı çıxaran zaman çəkicdən istifadə etmək lazımdır. Çəllək taxtaların pərçimlərinə çəkiclə azca vuraraq, dibi azad etmək və onu polad klepanın köməyi ilə çıxartmaq. Çəlləyin dibini çəkiclə və ya balta ilə vuraraq çıxartmaq qəbuledilməzdir.
Probkaları olan dəmir çəlləkləri açan zaman xüsusi qayka açarından istifadə etmək. Probkanı çəkiclə vuraraq burub açmaq olmaz.
3.11. Malları sərt konteynerdə, buzu isə təkbarmaq əlcəklərdə daşımaq lazımdır.
3.12. Bıçaqı, deşici və kəsici alətləri əlində saxlayaraq, qazanları, malları, taraları daşımaq olmaz.
3.13. İçində isti yemək olan (üçdə dörd hissədən çox olmayaraq) qazanı iki nəfər, quru məhrabadan istifadə edərək daşımalıdır. Qazanın qapaqı bu zaman çıxarılmalıdır.
3.14. İçində yemək olan qazanın daşınması zamanı qaldırıcı platforması olan arabadan istifadə etmək lazımdır; arabaları, hərəkət edən stellajları özündən irəliyə hərəkət etdirmək lazımdır.
3.15. Tavaların, qazanların və s. quraşdırılması zamanı xüsusi möhkəm inventar dayaqlardan istifadə etmək lazımdır. Bu məqsədlə yararsız dayaqlardan və təsadüfi əşyalardan istifadə etmək olmaz
3.16. Bıçaqı itiləyən zaman itiləyici polada söykənmək olmaz. Bıçaqı digər işçilərdən kənarda itiləmək lazımdır.
3.17. Xammalı və malları ancaq normal işlək vəziyyətdə olan tarada daşımaq lazımdır. Taranı nominal brutto çəkisindən artıq yükləmək olmaz.
3.18. Təsadüfi əşyalardan (qutular, çəlləklər və s.) və avadanlıqdan oturmaq üçün istifadə etmək olmaz.
3.19. Yuyucu və dezinfeksiya məhlullarını hazırlayan zaman:
Ancaq səhiyyə orqanları tərəfindən icazə verilən yuyucu və dezinfeksiya vasitələrindən istifadə etmək;
Qəbul edilmiş qatılıq dərəcəsini və yuyucu məhlulların temperaturunu (50°С yüksək) aşmaq olmaz;
Yuyucu və dezinfeksiya vasitələrinin tozlanmasına, dərinin üstünə və selikli qişaya düşməsinə yol verməmək.
3.20. Qaldırıcı nəqliyyat qurğularından istifadə zamanı aşağıdakıları yerinə yetirmək lazımdır:
Avadanlıqın istehsalçı zavodunun istismar sənədlərində əksini tapan təhlükəsizlik tələblərinə riayət etmək;
Avadanlıqı ancaq təlimata uyğun nəzərdə tutulduğu işlərə istifadə etmək;
Yaxınlıqda olan işçiləri avadanlığın gözlənilən işəsalınması barədə xəbərdar etmək;
Avadanlıqı quru əllərlə və ancaq “start-stop” düymələri ilə işə salmaq;
Avadanlığın yüklənmə normalarına riayət etmək;
Konveyerdə baş verən xətaya baxış keçirmək, tənzimləmək, yaranan xətanı aradan qaldırmaq, ilişib qalan əşyanı çıxarmaq, lentanı ancaq “stop” düyməsi basıldıqdan, idarəedici qurğu vasitəsi ilə söndürüldükdən, “Qoşmayın! İnsanlar işləyir” plakatını asdıqdan, və fırlanan və hərəkətli hissələr tam dayandıqdan sonra təmizləmək,
3.21. Qaldırıcı nəqliyyat qurğularından istifadə zamanı aşağıdakılara icazə verilmir:
Avadanlıqın işləməsi zamanı kəmərləri, ötürücünün zəncirlərini düzəltmək; çəpərləri düzəltmək və sökmək;
Avadanlıqın icazə verilən iş sürətini aşmaq;
İşləyən avadanlıqı nəzarətsiz qoymaq, onun istismarına öyrədilməmiş və ya kənar şəxsləri buraxmaq.
3.22. Avadanlıqın korpusunda gərginliyin mövcudluğu zamanı (cərəyan vurur), kənar səs-küyün yarandığı zaman, yanan izolyasiyanın iyi zamanı, öz-özünə dayanması zamanı və ya mexanizmlərin, elementlərin səhv işləməsi zamanı onu “stop” düyməsi ilə dayandırmaq və işəsalma qurğusunun köməyi ilə elektrik şəbəkəsindən ayırmaq. Bu barədə bilavasitə rəhbərə məlumat vermək lazımdır və düzəldilənə qədər qoşmaq olmaz.
4. Qəza vəziyyətində təhlükəsizlik tələbləri
4.1. Avadanlıqın sınıqı olduğu zaman: onun istismarını dayandırmaq, həmçinin ona elektrik enerjisinin, suyun, xammalın, qazın və s. verilməsini dayandırmaq; bilavasitə rəhbərə (avadanlıqın təhlükəsiz istismarına cavab verən şəxsə) qəbul edilmiş qərarlar barədə məlumat vermək və tapşırıqlara uyğun hərəkət etmək.
4.2. Qəza şəraitində: təhlükə barədə yaxınlıqda olan işçilərə məlumat vermək, hadisə barədə bilavasitə rəhbərə məlumat vermək və qəzanın ləğv edilməsi planına uyğun hərəkət etmək.
4.3. Otaqda qaz iyi müəyyən edilən zaman (hardakı qaz avadanlıqı quraşdırılıb) aşağıdakı etmək lazımdır:
Burunu və ağızı nəmli salfetlə örtmək;
Pəncərələri və qapıları açmaq, otaqın havasını dəyişmək;
Elektrik cihazları, işıqlandırmanı, havalandırmanı qoşmamaq;
Açıq oddan istifadə etməmək.
Əgər havanı dəyişəndən və bütün qaz kranlarına baxış keçirdikdən sonra, qaz iyi yox olmasa, onda binaya qaz verilişini dayandırmaq, müəssisənin rəhbərliyinı bu barədə məlumat vermək. Əgər zərurət yaranarsa – qəza qaz xidmətinin əməkdaşlarını çağırmaq.
4.4. Əgər iş prosesində yağla və ya səpilmiş tozaoxşar maddələrlə (unla və ya nişasta ilə), iş yerinin çirkləndirilməsi oldusa, işi çirkləndirən maddələrin silinməsinə (uzaqlaşdırmasına) qədər dayandırmaq.
4.5. Döşəməyə tökülmüş yağı cındırla və ya digər yağı özünə çəkən materiallarla silmək. Çirkləndirilmiş yeri susuzlaşdırılmış sodanın isidilmiş məhlulu ilə yumaq.
4.6. Səpilmiş toz eləyən tozaoxşar maddələrin uzaqlaşdırılması üçün eynəkdən və respiratordan istifadə etmək. Onların kiçik miqdarı ehtiyatla nəmli əski ilə və ya tozsoranla uzaqlaşdırılmalıdır.
4.7. Travma alma, zəhərlənmə və qəfildən xəstəlik vaxtı zərərçəkənə ilk tibbi yardım edilməlidir və, zəruri olduqda, onun səhiyyə müəssisəsinə çatdırılması təşkil edilməlidir.
5. İşin sonunda təhlükəsizlik tələbləri
5.1. Rubilnik (və ya onu əvəz edən və təsadüfi qoşulmanın qarşısını alan qurğu ilə) vasitəsi ilə avadanlığı cərəyandan ayırmaq və söndürmək. Qoşulma qurğusunun üstünə “Qoşma! İnsanlar işləyir!” plakatını asmaq
5.2. Pilətənin və digər hərarət avadanlığının qızdırılmış səthini su ilə soyutmamaq.
5.3. Avadanlığın sökülməsi, təmizlənməsi və yuyulması: mexaniki – inersiyaya uyğun hərəkət edən hissələrin dayanmasından sonra, hərarət – qızdırılmış səthlərin tam soyumasından sonra.
Qaz, buxar, soyuq və isti su borularında ventilləri (kranları) bağlamaq
5.4. Lyükları, dəlikləri bağlamaq və otaqın içərisindən kilidləmək.
5.5. Zibilin və tullantıların təmizlənməsini bilavasitə əllərlə etməmək, bu məqsədlər üçün fırçalardan və digər alətlərdən istifadə etmək.
5.6. Tullantıların daşınması üçün bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş nəqliyyatdan istifadə etmək.
H.İsmayil

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев