Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Pestisidlər ziyanverici, xəstəlik və alaq otları ilə mübarizə aparmaq, onlara nəzarət edə
bilmək və zərərlərini azaltmaq, eləcə də məhsuldarlığı artırmaq məqsədilə geniş istifadəolunan kimyəvi maddələrdir. Pestisidlərdən istifadənin bir çox problemləri onlarınksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr olmasından irəli gəlir. Pestisidlərindaşınması, tətbiqi və saxlanması təhlükəsiz qaydada həyata keçirilməlidir.
Texniki
təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq riayət edildikdə pestisidlər
ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərmir. Əksinə, bitkilərin zərərli
orqanizmlərini məhv etməklə itkinin qarşısını alır, məhsulun əmtəəlik keyfiyyətinin
qorunub saxlanmasına səbəb olur.
Pestisidlərin tətbiqi mütləq təlimatına uyğun olaraq həyata keçirilməlidir. Bundan
başqa, əkin sahələrinin vəziyyəti, bitkilərin ziyanverici, xəstəlik və alaq otları ilə
sirayətlənmə səviyyəsi nəzərə alınmalıdır. Təlimatında nəzərdə tutulmuş istehlak
nisbətlərini və onlardan istifadə dozalarını artırmaq və ya azaltmaq qadağandır. Həmçinin tətbiq edilərkən pestisidin xüsusiyyətinə, toksiklik dərəcəsinə, məsarif normasına diqqət yetirilməlidir.
Pestisidlər texniki təhlükəsizlik qaydaları və sanitariya-gigiyena tələbləri
gözlənilməklə hermetik qablarda saxlanmalıdır. Eyni zamanda bu kimyəvi maddələr xüsusi nəqliyyat vasitələri ilə daşınmalıdır. Ərzaq məhsulları, yem ve sərnişinlərlə birlikdədaşınmasına yol verilməməlidir.
Kimyəvi mübarizə aparılacaq sahənin ətrafına “Sahə dərmanlanmışdır!”, “Sahə
zəhərlidir!”, “Mal-qaranın buraxılması qəti qadağandır!” sözləri yazılmış müvafiq
xəbərdaredici lövhələr vurulmalıdır. İnsanların və digər canlıların dərmanlanmış sahəyədaxil olması məhdudlaşdırılmalıdır.
Dərmanlama zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməsi şərtdir. Belə ki,
pestisidlərlə aparılan mübarizə tədbirləri zamanı küləyin sürəti və istiqaməti nəzərəalınmalıdır. Küləyin sürəti 3-4 m/saniyədən çox olduqda və yağışlı havada dərmanlamaişi dayandırılmalıdır. Qeyd edək ki, zərərli orqanizmlərlə kimyəvi mübarizə tədbirlərininsəhər və axşam saatlarında, həmçinin küləksiz və sakit havada aparılması daha effektivnəticə verir. Kimyəvi mübarizə zamanı bütün tədbirlər təlimata uyğun aparılmalıdır ki,torpaqda, suda, canlı orqanizmlərdə, ətraf mühitdə və məhsulda pestisid qalığı icazəverilən həddən artıq olmasın.
Dərmanlamadan sonra da bir sıra təhlükəsizlik tədbirləri görülməlidir. Preparatıntətbiq təlimatına uyğun olaraq göstərilmiş müddətdə dərmanlanmış sahədə hər hansıaqrotexniki tədbirin aparılması, eləcə də 30 gün müddətində ərazidə mal-qaranınotarılması qadağandır. Arı yeşiklərinə yaxın sahələr isə axşam saatlarında bal arılarıpətəyə daxil olduqdan sonra dərmanlanmalıdır. Civə tərkibli, fosfor və xlor üzvi birləşməlipreparatlarla iş günü 4 saat, qalan pestisidlərlə isə 6 saat müddətində nəzərdə tutulur. 18yaşına çatmayanların, hamilə və südəmər uşaqlı qadınların pestisidlərlə işləmələrinəicazə verilməməlidir.
Pestisidlərlə işləyərkən qoruyucu geyim və fərdi mühafizə vasitələrindən (xüsusigeyim, rezin əlcək və çəkmə, qoruyucu eynək, respirator və s.) istifadə edilməsi şərtdir.
Həmçinin şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Unutmayın ki, yüksək toksikiekoloji təhlükəli preparatlar orqanizmə tənəffüs yolları, dəri, göz və selikli qişa vasitəsilədaxil olur. Pestisidlərlə zəhərlənmə zamanı ilkin olaraq baş gicəllənməsi, mədəbulanması, baş ağrıları kimi əlamətlər müşahidə olunur. Pestisidlərin təsirinə məruz qalanzaman zərərçəkən mütləq təmiz havalı yerə aparılmalı, üzərindən fərdi mühafizəvasitələri soyundurulmalı və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanayaçatdırılmalıdır.
Zəhərli maddə ağız vasitəsilə təmas edibsə, bir neçə stəkan ilıq su və ya kaliumpermanqanatın zəif narıncı məhlulunu və yaxud 2 %-li çay sodası məhlulu içirdilərək,udlağın arxa divarını barmaqla qıcıqlandıraraq zərərçəkmiş qusmağa məcbur edilməlidir.
Qusmadan sonra zərərçəkən 0.5 l - 1l su ilə 5-6 karbolen həbi və ya aktivləşdirilmiş kömür(0.5 stəkan suya bir xörək qaşığı) qəbul etməlidir. Daha sonra işlətmə duzu məhlulu(yarım stəkan suya 20 qr. MgSO4) vermək lazımdır. Bu vasitə ilə həm mədə, həm dəbağırsaqlar təmizlənir. Yuxarı tənəffüs yollarının qıcıqlanması zamanı isə boğaz 2 %-liçay sodasının ilıq məhlulu ilə qarqara edilməlidir. Pestisid dəri üzərinə düşdüyü zamanonu silmədən pambıq və ya parça ilə ehtiyatla götürüb, yerini sabunlu su və ya 2 %-li çaysodası ilə yumaq məsləhətdir. Gözə düşdüyü zaman isə ilkin tibbi yardım olaraq göz
qapağını açıq saxlamaqla 10-15 dəqiqə müddətində axar su ilə davamlı yumaq lazımdır.
Xəstəlik və zərərvericilərin məhv edilməsinə qarşı aparılan mübarizənin
effektivliyini artırmaq məqsədilə pestisidləri tətbiq edərkən işçilərin təlimatlandırılmasınavə qaydalara riayət olunmasına torpaq mülkiyyətçiləri, fermerlər də ciddi nəzarətetməlidirlər.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi tədqiqat və
risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin
mütəxəssisləri Tərlan Qorçiyeva, Bürhanə Mürşüdova, Nəzakət Mirzəzadə
tərəfindən hazırlanmışdır

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев