Свернуть поиск
Дополнительная колонка
Правая колонка
🔶 Özünü tanımağın yollarından biri də başqaları ilə ünsiyyət və münasibət qurmaqdır.
🌍 İnsan başqaları ilə qarşılıqlı münasibətlərində mənəvi inkişaf yolunda nə qədər irəlilədiyini, bu yoldan nə dərəcədə uzaqlaşdığını və hansı zəifliklərinin, nöqsanlarının islah edilməsinə ehtiyac olduğunu anlayır.
✅ Əslində, özünü tanımaq və itirilmiş mənəvi kimliyini yenidən tapmaq yalnız tənhalıqda mümkün olmur. Əksinə, insanın varlığının bir çox cəhətləri başqaları ilə münasibətlərində üzə çıxır.
⚠️ Elə buna görə də İslamda rahibliyə yer yoxdur:👇
لَا رَهْبَانِيَّةَ فِي الْإِسْلَامِ
"İslamda rahiblik yoxdur".
🌐 Çünki İslam ictimai həyatda iştirak və qarşılıqlı münasibətlər dinidir.
🟢 Bəzən tənhalıqda özümüzü yaxşı tanıdığımızı düşünürük. Lakin başqaları ilə münasibət qurduqda nə qədər tələbkar, eqoist, hətta başqalarına yuxarıdan aşağı baxan biri olduğumuzu anlayırıq.
🕋 Əgər bu münasibətlərdə özümüzdə müsbət bir əxlaqi xüsusiyyət görsək, Allaha şükür edirik. Əgər hansısa nöqsanımız üzə çıxsa, yenə də Allaha şükür edirik ki, bizə həmin nöqsanı tanımaq və islah etmək fürsəti verib.
🔵 Deməli, başqaları yalnız həyat yolunda bizimlə birlikdə addımlayan insanlar deyil. Onlar bəzən daxili aləmimizin gizli həqiqətlərini bizə göstərən aynalardır.
💎 İnsanın ömür fürsəti başa çatmazdan əvvəl öz zəifliklərini tanıması və onları aradan qaldırmaq üçün addım atması necə də böyük nemətdir!

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев