Əssalamu aleykum,bacım. ("Həqiqətən insan öz Rəbbinə qarşı çox nankor,xəsis və itaətsizdir! Və şübhəsiz, o özü də buna şahiddir." Adiyat surəsi,6-7-ci ayələr)
Əllərini Rəbbinə aça bilirsənsə, anla ki, O səni dinləyir. Çünki, O elə bir Rəbbdir ki, qəbul etməyəcəyi duanın əllərini səmaya açdırmaz. (İmam Əli ə.s)
Mənə dua edin, Mən də dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər. (Ğafir surəsi, ayə 60)
Hər bir insanın həyatında zaman-zaman çətinlikləri olur,bacım. Amma bunu da unutmayaq ki,habibullah-Allahın sevimlisi olan Hz.Muhəmmədin (s.a.a.s) və onun pak olan Əhli-Beytinin,imamlarımızın (ə.s) həyatına nəzər yetirdikdə, şikayət etdiyimizə görə utanarıq. Dünya həyatı imtahan diyarıdır və biz bəndələrə də Uca Yaradanın xatirinə hər zaman səbr etmək düşər. Allaha dua etməklə Ondan yardım diləyin,möcüzəsini siz də görün. Aləmlərin Rəbbi olan Rəhman və Rəhim Allaha əmanət olun,bacım.
Комментарии 12