Свернуть поиск
Дополнительная колонка
Правая колонка
🖤 O Məclisdə Bəlkə.... Də
....Sən
Ən
......Gözəl Xanımdın
O məclisdə deyəsən tək bircə mən yadıydım.
Qarışmırdım heç kəsə, hamıdan azadıydım.
Təkliyim, tənhalığım yoxsa dəydi gözünə? Çiyninin üstən baxıb gülümsədin üzümə.
O təbəssüm görəsən nəyin işarəsiydi? Bəlkə məni gözləyən dərdlərin çarəsiydi. Onda mən lap cavandım, nə görmüşdüm mən axı?
Ömrüm hələ yavandı; yoxdu dərdim, günahım.
Hələ dərdlər, günahlar qabaqdaydı, qabaqda.
Üstümə qatar-qatar gəlirdilər uzaqdan. ...
O məclisdə, bəlkə də, sən ən gözəl xanımdın.
Mən səni tanımırdım, sən məni
tanımırdın.
Heç bilmirəm kimiydin, nəydi sənin adın da.
Amma o təbəssümün yadımdadı, yadımda. O təbəssüm -
Bəlkə də anlasaydım mən dəli;
Baş tutmayan bir eşqin əvvəliydi, əvvəli.
O ötəri, gözucu, xilaskar təbəssümün.
O həm ana, həm bacı, həm də yar təbəssümü.
O gündən illər keçib; - biz bu illər uzunu Nə bir yol rast gəlmişik, nə görmüşəm üzünü.
Bəlkə o məclisdəki o tənha, o tək oğlan Sənin yadından da lap çoxdan çıxıbdı, çoxdan.
Bəlkə xoşbəxtsən bu gün; ər də var, ailə də.
Amma o təbəssümün mənimlədi hələ də.
Gizlicə bağışlanan çiçək kimi, gül kimi, Qalıbdı bu vaxtacan aramızda sirr kimi...
....R.R.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев