Свернуть поиск
Дополнительная колонка
Правая колонка
📝 İmam Əli əleyhissalam buyurur:
ذَاکَ حَيْثُ تَسْکَرُونَ مِنْ غَيْرِ شَرَاب، بَلْ مِنَ النِّعْمَةِ وَ النَّعِيمِ، وَ تَحْلِفُونَ مِنْ غَيْرِ اضْطِرَار، وَ تَکْذِبُونَ مِنْ غَيْرِ إِحْرَاج
“Elə bir zaman gələcək ki, şərab içmədən sərxoş olacaqsınız. Sizi sərxoş edən şərab deyil, nemətlərin bolluğu və rifah içində yaşamağınız olacaq. Məcbur olmadığınız halda and içəcək, heç bir zərurət olmadığı halda yalan danışacaqsınız.”
📚 Nəhcül-bəlağə 187-ci xütbə
🌐 Bu üç bəla hansı cəmiyyətdə yayılarsa, həmin cəmiyyəti tənəzzülə və məhvə sürükləyər.
1. Nemət və sərvət sərxoşluğu.
🔘 Varlı insanlar sərvət və rifahın təsiri altında Allahı və Onun bəndələrini unudarlar.
💠 Halbuki nemət sərxoşluğu şərab sərxoşluğundan daha təhlükəlidir. Çünki şərabın sərxoşluğu bir gecədən sonra keçə bilər, lakin sərvət və rifahın yaratdığı qəflət və qürur insanın bütün ömrü boyu davam edə bilər.
2. Səbəbsiz yerə and içmək.
⭕️ Heç bir zərurət olmadan tez-tez and içmək Allahın adının hörmətini və müqəddəsliyini insanların gözündə azaldır.
3. Məcburiyyət olmadan yalan danışmaq.
🟤 Heç bir məcburiyyət olmadığı halda yalan danışmaq insanlar arasındakı etimadın təməllərini sarsıdır.
⚠️ Etimadın zəiflədiyi, yalanın yayıldığı və insanların sərvətə aludə olduğu bir cəmiyyətdə yaşamaq olduqca çətin və dözülməz hala gəlir.
🔰 Əxlaqi nəticə: Cəmiyyətin mənəvi süqutu yalnız yoxsulluq və çətinliklərdən qaynaqlanmır. Bəzən nemət bolluğu içində yaranan qəflət, səbəbsiz andlar və adi hala çevrilmiş yalanlar cəmiyyəti daxildən məhv edir.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев