Свернуть поиск
Дополнительная колонка
Правая колонка
✅ İnsanın öz varlığı çox qiymətli bir sərmayədir. Bu varlıq nöqsanlı ola bilər, lakin nöqsanlı qalmağa məhkum deyil. Mən öz nöqsanlarımı müəyyənləşdirir və Allahın yardımı ilə onları aradan qaldıraraq özümü islah etməyə çalışıram.
Quran
“Hər kəs öz əməlinin girovundadır”.
كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ
📘Muddəssir 38
📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:
يَنْبَغِي أَنْ يَكُونَ الرَّجُلُ مُهَيْمِنًا عَلَى نَفْسِهِ مُرَاقِبًا قَلْبَهُ حَافِظًا لِلِسَانِهِ
"İnsan öz nəfsinə nəzarət etməli, qəlbini daim izləməli və dilini qorumalıdır."
📘 Qurərul-hikəm 1-ci cild 300-cü səhifə
💎 İnsanın özünə nəzarəti öz əlində olmalıdır. Bu qabiliyyət hər birimizdə mövcuddur. Buna görə də "Özümdən asılı deyildi" deməklə məsuliyyətdən qaça bilmərik.
🕋 Uca Allah bizə nəfsimizi idarə etmək, onu cilovlamaq, düzgün məqsədə yönəltmək və çalışqanlığa alışdırmaq qabiliyyəti bəxş etmişdir. Elə etməliyik ki, nəfsimizin bütün səyləri doğru istiqamətdə olsun, daim onunla mübarizə aparaq və onu islah edək.
❓ Heç vaxt özünü islah etməkdən əl çəkmə! Nə üçün?
فَإِنَّهُ لَا يُعِينُكَ إِلَّا الْجِدُّ
"Çünki sənə yalnız ciddi səy və çalışqanlıq kömək edə bilər."
🔰 Deməli, nəfsimizi islah etmək üçün bütün güc və imkanlarımızdan istifadə etməliyik.
🌍 Ömrümüzün son anına qədər özümüzü islah etməyə çalışmalıyıq. Bu səylər, şübhəsiz, öz bəhrəsini verəcək. Çünki Allah bizdən nəticəsiz və faydasız bir iş görməyi istəmir.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев