Свернуть поиск
Дополнительная колонка
Правая колонка
🟦 İnsan nəfsini hesaba çəkərkən həqiqi özü ilə üzləşməyə cəsarət edir; başqalarına nümayiş etdirdiyi özü ilə, psixoloji və ya sosial mənliyi ilə deyil, həqiqi özü ilə. Həqiqi özü ilə üzləşdikdə varlığında iki məqamı görür:
1. Yaxşı əməllər.
✅ Maraqlıdır ki, elə ilk üzləşmədəcə həyatında davam edən ilahi lütfləri, bərəkət və rəhmətləri görür. Özümüzlə üzləşib bu xeyirli işləri və itaətləri gördükdə, düzgün bir nəfs mühasibəsində belə deyirik: "Bunlar Allahın lütfüdür; burada nə müsbət qiymət varsa, məndən deyil".
🕋 Pak və müqəddəs Allahın bizə nə qədər çox lütf etdiyini, hər birimizə necə tövfiqlər bəxş etdiyini görürük. Lakin nəfsimizi hesaba çəkərkən bunları özümüzə deyil, Ona aid edirik.
2. Pis əməllər.
⭕️ Baxır və əməl dəftərimizdə çoxlu nöqsanlar və cahilliklər görürük. Lakin bu nöqsanlara ilişib qalmaq əvəzinə, bağışlanma diləyirik; Ondan əfv istəyir və həmin əməlləri təkrarlamayacağımıza söz veririk. Özümüzdə nöqsanları aşmaq qabiliyyətinin olduğunu görürük.
🌐 Bu gün bir nöqsanım var, amma o, həmişə məndə qalmalı deyil. Ona hər üz tutduğumda bol-bol feyz, rəhmət və lütf əldə edə bilərəm. Zəifliklər və uğursuzluqlar məni hərəkətsiz qoymur. "Bizimki artıq keçib!" demirəm. "Mənim islah olunmağım mümkün deyil!" demirəm. Əksinə, islahın mümkün olduğuna inanıram və həmin islahı pak və müqəddəs Allahdan diləyirəm.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев