Свернуть поиск
Дополнительная колонка
Правая колонка
أَلاَ وَ إِنَّ الدُّنْيَا قَدْ تَصَرَّمَتْ وَآذَنَتْ بِانْقِضَاءٍ وَ تَنَكَّرَ مَعْرُوفُهَا وَ أَدْبَرَتْ حَذَّاءَ
"Bilin ki, dünya sona çatmış və öz sonunun yetişdiyini xəbər vermişdir. Gözəllikləri çirkinliyə çevrilmiş, üz döndərərək sürətlə uzaqlaşmaqdadır".
📚 Nəhcül-bəlağə 52-ci xütbə
✅ Əslində, bu sözün mənası budur ki, hər bir insanın dünyadakı ömrü o qədər qısadır ki, sanki doğulduğu andan ona: "Köçməyə hazır ol!" deyilir.
🔰 İlk cümlədə dünyanın daxili mahiyyətinə, ikinci cümlədə isə onun zahiri əlamətlərinə işarə edilir. Başqa sözlə, dünya həm öz mahiyyəti etibarilə fanidir, həm də insan həyatının müxtəlif məqamlarında görünən əlamətlər onun faniliyini xəbər verir.
💎 Məqsəd insanların qəflətə düşməməsi, dünyanın ötəriliyindən xəbərsiz qalmaması və uzun-uzadı arzuların doğurduğu zərərlərə məruz qalmamasıdır.
⭕️ Bəli, gəncliyin gözəllikləri sürətlə öz yerini qocalığın yorucu həyatına verir, nemətlər isə tədricən əldən gedir.
Gözlər zəifləyir, qulaqlar eşitməz olur, sinirlər gücdən düşür, sümüklər köhnəlir, hamar və təravətli üzlər qocalığın qırışları ilə örtülür!

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев