Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Tələblər bundan ibarət idi:
1.Noyabrın 17-si səhər saat 10-a kimi Bakı yalnız Osmanlı ordusundan yox, həm də Azərbaycan qoşunlarından təmizlənməlidir.
2. Yalnız Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altında olacaq, ölkənin qalan hissəsi isə Azərbaycan hökuməti və onun ordusunun nəzarətində qalacaq.
3. Azərbaycan rəsmi şəkildə tanınmasa da, İngiltərə, Fransa, Amerika nümayəndələri faktiki hökumətlə əlaqə quracaqlar.
4. Bütün hökumət və dövlət idarələri, ictimai təşkilatlar müəyyən dəyişikliklərlə əvvəlki qaydada fəaliyyətlərini davam etdirəcəklər. Həmin dəyişikliklər isə aşağıdakılardan ibarət idi:
5. General Tomson Bakının general-qubernatoru təyin olunur.
6. Şəhər polisinə ingilislər rəhbərlik edir.
7. Şəhər Duması yenidən fəaliyyətə başlayır, Paris sülh konfransında milli müqəddəratını təyinetmə prinsipi əsasında Azərbaycan da iştirak edir,
8. Lazar Biçeraxov və onun dəstələri ingilislərlə birlikdə Bakıya daxil olur, silahlı ermənilər şəhərə buraxılmır və s.
Mənbə: А. Раевский. Английская интервенция и мусаватское правительство. Из истории интервенции и контрреволюции в Закавказье. Баку, 1927, с.32-33.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев