Свернуть поиск
Дополнительная колонка
Правая колонка
1990-ci il noyabrın 7-də Qızıl Meydanda keçirilən nümayiş olduğunu müəyyənləşdirən Şmonov öz xarici görünüşünü dəyişmək haqda da düşünüb. O bu məqsədlə parik və süni bığ əldə edib.Noyabrın 5-də Aleksandr Şmonov Moskvada gəlib. Noyabrın 7-də səhər hazır vəziyyətdə nümayiş iştirakçılarının arasında özünə mövqe seçib.Saat 11:09-da Şmonov nümayişçilərlə birlikdə başda Qorbaçov olmaqla SSRİ rəhbərliyinin dayandığı mavzoley tribunasına yaxınlaşıb. Tribunaya 45-50 metr qalmış Şmonov silahı çıxararaq atəş açıb. Ancaq elə həmin andaca milis serjantı Mılnikov cəld hərəkəti ilə silahın səmtini dəyişə bilib. Açılan atəşdən biri havaya uçub, digəri isə univermaq binasının divarına dəyib. Həbs olunan Aleksandr Şmonov 1 ilə yaxın türmədə qaldıqdan sonra onu ruhi xəstə kimi psixiatriya xəstəxanasına göndəriblər. Ömrünün 4 ilini xəstəxanada keçirdikdən sonra onu sərbəst buraxıblar. Qorbaçova qarşı hansı səbəbdən sui-qəsd törətmək istədiyi ilə bağlı suala isə Şmonov belə cavab verib: “Mən Qorbaçovun SSRİ-də yaratdığı totalitar rejiminə qarşı mübarizə aparırdım. 1989-cu ilin aprelin 9-da Tbilisidə, 1990-cı ilin yanvarın 20-də Bakıda törədilmiş qırğınlar zamanı günahsız insanların ölümü məni bu addımı atmağa vadar etdi. Bütün bu hadisələrin günahkarı məhz Qorbaçovdur. Bunlara görə mən Qorbaçovu fiziki cəhətdən məhv etmək istəyirdim. Törətdiyim əmələ görə isə heç bir peşmanlıq hissi keçirmirəm”.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев