Свернуть поиск
Дополнительная колонка
Правая колонка
"Report" xəbər verir ki, bu barədə iki dövlət arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamədə qeyd olunub.
Vurğulanıb ki, dövlətlər yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər.
Eyni zamanda tərəflərr təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslər də daxil olmaqla müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar.
"Onlar artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq geniş spektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər. Bundan əlavə, iştirakçılar qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək üçün hüquq-mühafizə orqanları arasında gücləndirilmiş tərəfdaşlıq və sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlığını formalaşdıracaqlar.
Onlar həmçinin maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq etmək niyyətlərini təsdiqləyirlər", - deyə bəyannamədə qeyd olunub.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев