Свернуть поиск
Правая колонка
Əliyeva Svetlana Cavanşir qızı 1958-ci ildə Xocalı şəhərində anadan olub. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı anası Əliyeva Xavər Yusif qızı ilə birlikdə şəhərdən çıxmağa çalışarkən ermənilər tərəfindən girov götürülərək Xankəndiyə aparılıb.
Atası Cavanşir Əliyevin sözlərinə görə, fevralın 25-dən 26-na keçən gecə həyat yoldaşı və qızı əsir düşüb. Ağdam özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov Svetlananın sağ olduğuna dair məlumat əldə etmişdi. Hətta erməni komandiri Vitalik onun üç gün ərzində qaytarılacağını bildirsə də, Allahverdi Bağırovun şəhid olmasından sonra bu ümid yarımçıq qaldı.
Əsir və girovların dəyişdirilməsi ilə məşğul olan Yuxarı Yağlıvənd kənd sakini Əhəd Kazımov da radio əlaqəsi vasitəsilə Svetlananın sağ olduğunu öyrənmişdi. Bildirilirdi ki, o, Xocalıdan girov götürülən digər sakinlərlə birlikdə Xankəndidə internat məktəbində saxlanılır.
1992-ci ilin mart ayında əsirlikdən məlumat gətirən şəxslərdən biri də Mingəçevirdə yaşayan Eyvazov Əli olub. O, Svetlananın Xankəndidə polis nəzarətində saxlanıldığını öyrənib. Onu azad etmək cəhdləri olsa da, nəticə verməyib.
Svetlana Əliyevanın taleyi Xocalının yüzlərlə itkin düşən qadınının acı taleyini özündə yaşadır… 🥀

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев