Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Həmin filmdə 40 quldur insanları qarət edir və onların hamısı bir mağarada yaşayırlar. Aşağıdakı hadisənin "qəhrəmanlarının" da hərəkətləri filmdəki obrazların etdikləri ilə oxşardır. Lakin onların sayı 40-dan çox, əməlləri isə film ssenarisi deyil, həqiqətdir.
Hindistanda 480 il hökm sürən Thagi (Thuggee) təriqəti haqqında məlumatı təqdim edirik:
Thagi quldurları 1350-ci illərdən 1830-cu illərədək olan uzun bir dövr ərzində Hindistanda insanları öldürüb, onların mallarını oğurlayıblar.
Tez-tez karvanları hədəfə alan təriqət üzvləri öncə karvana sərnişin kimi daxil olur və oradakıların etibarını qazanırdılar. Daha sonra isə ilk fürsətdə karvanı dayandırıb, qurbanlarını öldürürdülər.
Thagi qəbiləsinin üzvləri qurbanlarını öldürmək üçün bellərinə taxdıqları kəmərlərdən istifadə edirdilər. Qurbanları kəmər ilə boğan qəbilə üzvləri karvanları soyduqdan sonra cəsədləri gizlədərək, yeni qurbanlar axtarmağa çıxırdılar.
Thagi üzvləri keçmiş tarixlərinin müsəlman qəbilələrinə söykəndiyini iddia edirdilər. Ancaq sonradan onların arasına bir çox hindli qatılıb.
Bu səbəbdən onlar zamanla Tanrıça Kalinin (Hinduizmdə Qaranlıq Ana Tanrıçası) davamçıları olduqlarını elan etmişdilər.
Thagi quldurları gizli bir məzhəb şəklində kiçik tədbirlər də təşkil edirdilər. Bu cür tədbirlərə qatıla bilmək üçün ya Thagi üzvü olmalı, ya uşaq vaxtı qaçırılmalı, ya da təriqətə layiq olduğunu isbat etməli idin. Yalnız bu şərtlər daxilində tədbirlərdə iştirak mümkün idi. Təriqət üzvlərinin uşaqları hələ kiçik yaşlarından palçıqdan hazırlanmış insan fiqurları üzərində qətl törətməyi öyrənirdilər. Bir növ atadan oğula ötürülən bu üsulla onlar illər boyunca yüz minlərlə insanı qətl etmişdilər.
Fəaliyyətləri boyunca 2 milyondan çox insanı öldürdükləri düşünülən təriqət, İngilislər tərəfindən məhv edildi. Thagi təriqətinin ən təhlükəli lideri olan Behram edam edildiyi zaman törətdiyi 931 cinayətə görə məhkum edilmiş, 125 adamı şəxsən öldürdüyünü etiraf etmişdi.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев