Свернуть поиск
Дополнительная колонка
Правая колонка
“Gold Alko” MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov bildirib ki, sözügedən məhsullar Xocalı şəhərində yerləşən keçmiş “Girs” şərab zavodunun istehsalıdır.
Onun sözlərinə görə, Qarabağda qalmış məhsullar səlahiyyətli dövlət qurumları tərəfindən müvafiq müqavilələr əsasında rəsmi qaydada şirkətə təhvil verilib. Zavodun anbarlarında müharibə zamanı ərazidən çıxarıla bilməyən 340 min etiketsiz şüşə şərab qalıb.
M.Mahmudov qeyd edib ki, Xankəndidən altı növ üzüm şərabı gətirilib və hər biri fərqli etiketlərlə satışa çıxarılıb. “Xankəndi Xindoqnı” adındakı Xindoqnı isə üzüm sortunun adıdır.
Şirkətin yazılı açıqlamasında “Xankəndi Xindoqnı”, “Xankəndi Bayanşirə”, “Xankəndi Şiraz” və “Xankəndi Rozə” markalı şərabların keçmiş “Girs” zavodunda istehsal olunduğu təsdiqlənib.
Bildirilib ki, məhsullar Azərbaycan Respublikasının səlahiyyətli qurumları tərəfindən müqavilələrlə şirkətə təqdim edilib. Bu barədə məlumatlar şərabların arxa etiketlərində də göstərilib.
Şirkət həmçinin məhsulların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumu və laboratoriyası tərəfindən yoxlanıldığını, norma və standartlara uyğunluğu müəyyən edildikdən sonra satışa çıxarıldığını açıqlayıb.
Mirdamət Mahmudov şirkətin Qaradağ rayonunda şərab zavodunun fəaliyyət göstərdiyini və məhsulların satışının qanuni əsaslarla həyata keçirildiyini vurğulayıb.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев