Свернуть поиск
Дополнительная колонка
Правая колонка
tikintisinə başlanmış, lakin ictimai etirazlara görə başa çatdırılmamış Atom Elektrik Stansiyası
1980-ci illərin əvvəllərində SSRİ Nazirlər Soveti Hacıqabul rayonunun Nəvahi kəndi yaxınlığında RBMK reaktoru əsasında Azərbaycan Atom Elektrik Stansiyasının tikintisinə başlamaq haqqında qapalı qərar qəbul etdi. Hətta ilkin qazıntılar da aparılmışdı (həmin qazıntı yerləri hazırda qalmaqdadır).
Bu tikintinin aparılması olduqca təhlükəli idi. Çünki Bakı tektonik zonada yerləşirdi və bura yaxın bölgədə bu stansiyanın tikilməsinə yol vermək olmazdı. Eyni zamanda bu tikinti yeni bir yeyinti və rüşvət mənbəyinə çevriləcəkdi.
1985-ci ildə ziyalı, ixtisasca fizik olan Şamil Salehin rəhbərliyi altında atom elektrik stansiyasının tikintisinə qarşı hərakat başlanıldı.
İlkin olaraq etiraz məktubları hazırlanıb, SSRİ və Azərbaycan SSR-nin rəhbərliyinə göndərildi. Etiraz məktubları çoxaldılıb, Azərbaycanın bütün bölgələrində xalq arasında yayılırdı. Bu etirazlar tezliklə öz bəhrəsini verdi. Nəvaidəki Atom Elektrik Stansiyasının tikintisi dayandırıldı.
1986-cı ildə tikinti dondurulduğu zaman (baxmayaraq ki, peykdən çəkilmiş görüntülər tikintinin yalnız 1989-cu ildə dayandırıldığını göstərir) obyektin tikinti planı tam hazırlanmış, 3 kvadrat kilometrə yaxın tikinti sahəsi yaradılmış, bir neçə binanın təməli qoyulmuş, işçilər üçün avtobus dayanacağı açılmışdı.
Yazı Prof. Nəsiman Yaqublunun materialları əsasında hazırlanıb.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев