Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Yaşa dolduqca, yaşlandıqca başımızı qaşımaga belə ayıracağımız zamanımızı belə zəbt edən bu qayğı və problemlər elə əslində həyatın mənasıdır. Makarenkoda təhsil mənim (çoxumuz) üçün acı və xoş xatirələrlə yaşanmış və bitmiş bütöv bir həyatdır . Attestatımızı alana qədər fikirləşirdik ki bircə bu "xaraba"dan canımızı qurtarsaydiq... ))) Hətta yadıma düşür ki 11-ci sinifdə son imtahanı verib son dəfə məktəbdə yatdığımız gün qərara gəldik ki gecə durub məktəbin şüşələrini sındırıb aradan çıxaq (elə də elədik))) . Sonradan başa düşdük ki canımızı qurtarıb qaçmaq istədiyimiz məkan və zaman əslində heç vaxt unuda bilməyəcəyimiz bizə əziz və doğma olacaq. Məktəbin yeməkxanasından gələn iy o vaxtı adamı iştahdan salırdı. Amma indi bir dəfə bütöv bir sinif orda nahar eləməyı heç nəyə dəyişmərəm. Buraxılış imtahanları vaxtı məktəbdə 9 və 11-ci sinifdən savayı heç kim olmurdu. Tut ağaclarının başından düşmürdük, dənizə, Qresə gedirdik, axşam da balkona çıxıb təmiz havada siqaret çəkə-çəkə gələcək haqqında düşünürdük....
Nəysə... O şirin xatirələrin xətrinə bunu yazmağı özümə borc bildim. Bu yazmaq istədiklərimin bəlkə də mində biridir. Kim nə əlavə eləmək istəsə buyursun...

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 16
üstündən 30 il keçməsinə baxmayaraq məktəb illərini unutmaq olmur. Məktəb illləri insanın ən qayğısız, firavan, mən deyərdim ki, ən gözəl illəridir.Sözünüzün qüvvəti olaraq indi o iy verən yeməkxana, darıxdırıcı görünən yataqxananı hal-hazırda 4mərtəbəli belə villa,bahalı maşınlar,vəzifə geri qaytara bilməz. Ona görə də gələcəyi fikirləşmə, onsuz da gələcək, keçmişi isə unutma, çünki bir daha geri dönməyəcək. Bu məktəbdə 1985-ci ildə 10-cu sinfi bitirən 10a, yəni sinif rəhbəri Əminə müəllimə olan sinifdə oxuyan nəinki qızların, hətta oğlanların xatirəsini heç vaxt unutmayacağam və onlarla bir ailə kimi yaşadığımız dövr hər zaman ömrümün qızıl hərflərlə yazılan yazılarıdır.Şəhla, Marina, Nüşabə,Arzu,Mətanət,Sahibə,Zərifə,Qönçə,Qızılgül,Xatirə,Şamama,Qiyas,Qoşqar,Ədalət,Nizami,Kamil,As
Asəf,Hacı,Yaşar,Mübariz, əyər xatırladınızsa bir gün mütləq bir araya gəlin,eviniz kimi doğma olan o məktəb illərini bir daha xatırlayın,acılı,şirinli günlərinizi bir daha yaşayın. Hamınızı bərk-bərk bağrıma basıb öpürəm,
salamlayıram. 27 aprel 2013. Şimal DRES.
HALALDIR SENE BU YAZDIQIN USAQLARIN HAMISIDA MENIMDE YADIMDADIR.......
tamamile duzdur o mekteb bizim decel uwaqligimizla qaygili gencliyimiz arasinda bir korpu oldu
kas o gunler geri qayidaydi
Roza ve Telman muellimin sinifi 5a-6a sinif wagirdleri.1998 mazunlari.haminizi cox ozledim.Tarix,Letif,Ramin,Ilkin,Celil,Sebine,Nergiz,ve.s