Свернуть поиск
Правая колонка
Gedirəm, a dağlar, salamat qalın,
Dönüm başınıza, yar amanatı.
Odur dövlətim də, odur varım da,
Dövlət amanatı, var amanatı.
Titrəşən çiçəklər, yatan dumanlar,
Şairtək dərdimi deməmiş anlar.
Bilər nə deməkdi təptəzə canlar,
Vicdan, namus, qeyrət, ar amanatı.
Qayalı bulaqlar, göz kimi dolun,
İsladın otunu yar gələn yolun.
Zəlimxan nə desin, göz-qulaq olun,
Qoynunda bəslənən nar amanatı.
23.8.1972

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев