Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Əmək müəssisələrində təlimatlandırma: Müəssisədə ümumi təhlükəsizlik qaydalarını öyrətmək, xüsusilə də istehsalatın təhlükəsizlik dərəcəsindən, xarakterindən və işçilərin hazırki peşələri və dərəcələrindən asılı olmayaraq bütün sexlərdəki işçilərin təhlükəsizlik qaydalarını aşılamaq, sexlərdəki işçilərin təhlükəsiz iş metodları üzrə təlimatları təlqin etmək məqsədilə aparılır.
Əmək müəssisələrində aparılan təlimatlandırma giriş təlimatı, iş yerində ilkin təlimat, dövrü təkrar təlimat və növbədən kənar təlimat kimi növlər əsasında təşkil olunur.
Giriş təlimat: İşə yeni qəbul edilən və ya müəssisəyə ezam edilən fəhlə və qulluqçular məcburi qaydada təhlükəsizlik texnikası üzrə giriş təlimatı almalıdır. Giriş təlimatını təhlükəsizlik texnikası üzrə mühəndis aparmalıdır. Giriş təlimatı həm eyni peşədən olan fəhlə qrupları üçün həm də müxtəlif ixtisaslı fəhlələr üçün aparıla bilər. Bu zaman qruplarda olan fəhlələrin sayı 30 nəfərdən çox olmamalıdır. Giriş təlimatı təhlükəsizlik texnikası üzrə kabinetdə aparılmalıdır. Giriş təlimatı materialın məzmununa konkret cavab verən, həmçinin sexin istehsalat şəraitinə tətbiq edilə bilən təhlükəsiz iş qaydaları və metodlarını əyani şəkildə nümayiş etdirən vasitələrdən istifadə etməklə aparılmalıdır. Giriş təlimatı aparılan zaman müvafiq proqrama uyğun olaraq əməyin əsas məsələlərinə dair başlıca suallar ətraflı şərh edilməlidir. Giriş təlimatının keçirilməsi xüsusi jurnalda və fəhlənin şəxsi kitabçasında qeyd olunmalıdır. Əməyin mühafizəsi şöbəsində təhlükəsizlik texnikası qaydalarına dair təlimat keçən şəxs hər bir fəhləyə təhlükəsizlik texnikası üzrə kitabça verilməlidir. İşə yeni qəbul edilən hər bir fəhlə sexin istehsal sahələrində olan əsas təhlükə və zərər barədə, həmçinin iş görülən zaman verilən təhlükəsizlik tələbləri barədə özlərinin sex rəislərindən təlimat almalıdırlar.
İlkin təlimat: Zavodda işə yeni daxil olan və ya bir istehsalat sahəsindən digər istehsalat sahəsinə işə keçən fəhlə iş yerində işə başlamazdan qabaq işin təhlükəsiz görülməsi üzrə ilkin təlimat almalıdır. İş yerində təlimat keçməkdən məqsəd işləyən fəhləyə təhlükəsizlik texnikası nöqteyi-nəzərindən konkret işin xüsusiyyətlərini müfəssəl surətdə öyrətməkdən ibarətdir. Təlimatı usta keçərkən təlimatın bütün maddələrini dərindən izah etməli işin görülməsi qaydalarını əyani şəkildə başa salmalıdır.
Fəhlənin iş yerində ilkin təlimatlandırılması proqramına aşağıdakıları ətraflı tanış etmək daxildir:
Fəhlənin işləyəcəyi və xidmət edəcəyi avadanlığın quruluşu ilə avadanlıqda olan bütün təhlükəli yerlər ilə
qoruyucu hasarlarla fərdi mühafizə üçün olan bütün tərtibat və vasitələrlə, onların təyinatı və onlardan düzgün istifadə etmək qaydası ilə
iş yerinin düzgün və təhlükəsiz təşkil edilməsi ilə
təhlükəsizlik texnikası üzrə təlimatların məzmunu ilə
təlimatlarda irəli sürülən bütün tələblərə sözsüz əməl olumnasının vacibliyi ilə
işin təhlükəsiz görülməsi qaydaları ilə, hansı qaydalara əməl etmək fəhləni travmadan, peşə xəstəliklərindən və zəhərlənmədən xilas edir.
İşə yeni qəbul olunan fəhlə yüksək təhlükəli, zərərli və istehsal prosesinə görə mürəkkəb sahədə işə başlamış olarsa, o ən azı 10 iş növbəsi ərzində təcrübəli fəhlənin rəhbərliyi altında işləməli və bu müddət ərzində işin təhlükəsiz görülməsi qaydalarına yiyələnməlidir. İş növbəsi qurtardıqdan sonra həmin fəhlənin işi təhlükəsiz görməsi vərdişləri barədə fərdi biliyi yoxlanmalı və o sex rəisinin və ya onun müavininin sədrliyi ilə və təhlükəsizlik texnikası üzrə mühəndisin iştirak etdiyi komissiyada təhlükəsizlik texnikası üzrə imtahan verməlidir. İmtahan barədə protokolun bir nüsxəsi zavodun əməyin mühafizəsi şöbəsinə göndərilməlidir. Yoxlamanın nəticələri komissiyanın xüsusi jurnalında qeyd olunmalıdır. Biliyi yoxlanılan şəxsə ümumi qiymət verliməli, onun işə müstəqil buraxılması və ya buraxılmaması barədə rəy yazılmalıdır. İstehsalatın xarakterindən asılı olaraq komissiyalarda təhlükəsizlik texnikası üzrə fərdi biliyi yoxlanılmalı olan fəhlə peşələrinin siyahısı müəssisənin baş mühəndisi tərəfindən zavod həmkarlar ittifaqı ilə razılaşdırılmalıdır sonra müəyyən edilir.
Dövrü təkrar təlimat: Öz peşəsi üzrə ixtisasından və iş təcrübəsindən asılı olmayaraq, bütün fəhlələr hər rübdə işin təhlükəsiz qaydaları və üsulları ilə əlaqədar dövrü təkrar təlimat keçməlidirlər. Dövrü təlimatlandırma təlimata dair biliyin yoxlanılması və fəhlələrin yaddaşında qazanılmış biliyin möhkəmləndirilməsi məqsədi güdür. Fəhlələrin təkrar təlimatlandırılması(sex rəisinin, yaxud müavinin göstərişi və nəzarəti altında) rəhbərliyi altında işlədiyi usta tərəfindən aparılır. Təlimatlandırma canlı söhbət formasında aparılması və biliyin yaxud sexin təcrübəsindən konkret misalların təhlili ilə möhkəmləndirilməlidir. Təlimatlandıran konkret suallar verməklə inanmalıdır ki, hər bir fəhlə təhlükəsizlik texnikası qaydalarını dərindən mənimsəmişdir. Əgər yoxlama nəticəsində, fəhlələrin təhlükəsizlik texnikası ilə əlaqədar bilikləri qeyri-kafi qiymətləndirilibsə( qadağan olunmuş iş qaydalarının tətbiqi, hasarı və mühafizə vasitələri olmayan avadanlıqlarda işləmək) onda təlimatçı fəhləyə lazım izahatlar verməsi iş yerində işin təhlükəsiz yerinə yetirilməsi üsullarını göstərməli və təhlükəsizlik texnikasına dair təlimatın bütün tələblərinin düzgün yerinə yetirməsini tələb etməlidir. Əgər işçi təhlükəsizlik texnikasına dair təlimatın tələblərinin məzmunu təkrar edə bilərsə, onu praktiki işdə tətbiq edə bilərsə, onda təlimatlandırma başa çatmış hesab olunur. İşçi təlimatı mənimsəyə bilmirsə onu təkrar təlimatlandırmaq lazımdır.
Növbədən kənar təlimat: İşçilərlə işin təhlükəsizlik qaydaları və üsullarına dair növbədən kənar təlimatlandırma aşağıdakı hallarda aparılır. Texnoloji prosesləri, avadanlıqların, xammal və materialların dəyişdirilməsi ilə əlaqədar işin təhlükəsizlik şəraiti dəyişdikdə; Bəzən işçilərə işin təhlükəsizlik qaydalarına və üsullarına dair lazımı səviyyədə təlimatlandırma aparılmadıqda peşə xəstəliyi və bədbəxt hadisələr baş verdikdə; Haqqında götürülmüş ölçüdən asılı olmayaraq, işçi təhlükəsizlik texnikasına dair təlimatı və qaydaları pozuqda; İşdə 12 gündən çox fasilə olduğu halda; Fəhlənin şəxsin özü müraciət etdikdə; Başqa işə keçirildikdə.
İlkin və dövrü olaraq təkrar təlimatlandırma keçmək xidməti vəzifəsinə daxil olan işçilərlə də təhlükəsizlik texnikası üzrə növbədən kənar təlimatlandırma keçirilir.
Təlimatların hazırlanması: Hər bir peşə üçün əməyin mühafizəsi üzrə təlimat müəssisədə işlənib hazırlanmalıdır. təlimat iş yerindəki işçin konkret spesifikasiyası və şəraiti nəzərə alınmaqla uyğun olan qaydalara əsasən tərtib olunur. əməyin mühafizəsi üzrə təlimatlar aşağıdakı kimi işlənib hazırlanmalıdır:
Hərtərəfli peşəyə malik olan işçilər üçün müəssisənin uyğun şöbələri və baş mütəxəssisləri tərəfindən;
Qalan işçilər üçün isə sex rəisləri tərəfindən;
Müəssisənin işçiləri və mühəndis texniki işçiləri üçün təhlükəsizlik texnikası üzrə ümumi təlimatlar müəssisədə əməyin mühafizəsi şöbəsi tərəfindən işlənib hazırlanmalıdır;
Sexlərdə və şöbələrdə hər peşə üçün işlənmiş, təhlükəsizlik texnikasına dair təlimatlar əməyin mühafizəsi şöbəsi və HİK ilə razılaşdırılmalı və müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilməlidir.
Təlimatların yazılmasının qısa məzmunu: əməyin mühafizəsinə dair təlimatlar işləyənlərin öz vəzifələrinin təhlükəsiz şəraitdə və zərərsiz yerinə yetirilməsi qaydalarının müəyyən etməlidir. Texnoloji proseslərin dəyişilməsi, eləcə də qurğuların dəyişdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar məlumat. Təhlükəsizlik texnikasına dair təlimatlarda əlavələri və dəyişdirilmələri sex rəisləri həyata keçirməlidir. Təlimatlardakı əlavələr və dəyişiklər müəssisənin müvafiq baş mütəxəssisləri və əməyin mühafizəsi şöbəsi ilə mütləq razılaşdırılmalı və müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilməlidir.
Təlimatda qeyd olunan əsas bölmələr: əməyin mühafizəsi dair təlimatlar aşağıdakı ümumi qaydalar, təhlükəsizlikdən və zərərdən qorumaq, təlimatların yerinə yetirilməsi görə məsuliyyət kimi bölmələri əhatə etməlidir.
Təlimatın təchizatı: əməyin mühafizəsinə dair lazımı təlimatların vaxtında işlənməsinə nəzarət və müəssisə işçilərinin bu təlimatlarla təchizatı, müəssisənin əməyin mühafizəsi şöbəsinə həvalə edilir. Bütün istehsalat sahələrinin şöbələri və sexləri müxtəlif peşələr üzrə təlimatlarla təmin etmək üçün müəssisənin əməyin mühafizəsi şöbəsində bu təlimatlardan lazım olan miqdarda olmalıdır.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 34
burахılmır. Оnunlа əlаvə təlim kеçirilir və 2 həftə ərzində
təkrаr yохlаmаdаn kеçirilir. Əgər yеnidən yохlаmаdаn qеyri -
kаfi аlsаlаr həmin fəhlələr öz işindən kənаr еdilməlidirlər.
Vахtаşırı yохlаmа hər il qrаfik üzrə biliklərin ilkin
yохlаnmаsı qаydаdа, еyni kоmissiyа tərəfindən, həmin
bilеtlərlə аpаrılır.
Ustаlаr iş rəhbərləri hər il qrаfiklər tuturlаr və оnlаrı sех-
lərin, bölmələrin rəisləri təsdiq еdirlər.
Biliklərin yохlаnmаsı günü fəhlələrə 2 həftə qаbаqcаdаn
хəbər vеrilməli və оnlаr bilеtlərlə, lаzımi ədəbiyyаtlаrlа təmin
еdilməlidirlər.
yаrаdılmış və sех, bölmə rəhbərlərindən birinin sədr оlduğu
mütəхəssislərdən ibаrət sаyı аzı (3, 5, 7, 9, . . .) nəfərdən ibаrət
оlаn kоmissiyа yохlаyır.
sədrinin imzаsı və müəssisənin möhürü ilə təsdiq еdilmiş
vəsiqə vеrilir.