0 комментариев
    2 класса
    💠 Başqaları ilə münasibətlər aynasında özünü tanımaq. 🔶 Özünü tanımağın yollarından biri də başqaları ilə ünsiyyət və münasibət qurmaqdır. 🌍 İnsan başqaları ilə qarşılıqlı münasibətlərində mənəvi inkişaf yolunda nə qədər irəlilədiyini, bu yoldan nə dərəcədə uzaqlaşdığını və hansı zəifliklərinin, nöqsanlarının islah edilməsinə ehtiyac olduğunu anlayır. ✅ Əslində, özünü tanımaq və itirilmiş mənəvi kimliyini yenidən tapmaq yalnız tənhalıqda mümkün olmur. Əksinə, insanın varlığının bir çox cəhətləri başqaları ilə münasibətlərində üzə çıxır. ⚠️ Elə buna görə də İslamda rahibliyə yer yoxdur:👇 لَا رَهْبَانِيَّةَ فِي الْإِسْلَامِ "İslamda rahiblik yoxdur". 🌐 Çünki İslam ictimai həyatda iştirak və qarşılıqlı münasibətlər dinidir. 🟢 Bəzən tənhalıqda özümüzü yaxşı tanıdığımızı düşünürük. Lakin başqaları ilə münasibət qurduqda nə qədər tələbkar, eqoist, hətta başqalarına yuxarıdan aşağı baxan biri olduğumuzu anlayırıq. 🕋 Əgər bu münasibətlərdə özümüzdə müsbət bir əxlaqi xüsusiyyət görsək, Allaha şükür edirik. Əgər hansısa nöqsanımız üzə çıxsa, yenə də Allaha şükür edirik ki, bizə həmin nöqsanı tanımaq və islah etmək fürsəti verib. 🔵 Deməli, başqaları yalnız həyat yolunda bizimlə birlikdə addımlayan insanlar deyil. Onlar bəzən daxili aləmimizin gizli həqiqətlərini bizə göstərən aynalardır. 💎 İnsanın ömür fürsəti başa çatmazdan əvvəl öz zəifliklərini tanıması və onları aradan qaldırmaq üçün addım atması necə də böyük nemətdir!
    0 комментариев
    9 классов
    🌍 Gələcəkdə baş verəcək xoşagəlməz hadisələr. 📝 İmam Əli əleyhissalam buyurur: ذَاکَ حَيْثُ تَسْکَرُونَ مِنْ غَيْرِ شَرَاب، بَلْ مِنَ النِّعْمَةِ وَ النَّعِيمِ، وَ تَحْلِفُونَ مِنْ غَيْرِ اضْطِرَار، وَ تَکْذِبُونَ مِنْ غَيْرِ إِحْرَاج “Elə bir zaman gələcək ki, şərab içmədən sərxoş olacaqsınız. Sizi sərxoş edən şərab deyil, nemətlərin bolluğu və rifah içində yaşamağınız olacaq. Məcbur olmadığınız halda and içəcək, heç bir zərurət olmadığı halda yalan danışacaqsınız.” 📚 Nəhcül-bəlağə 187-ci xütbə 🌐 Bu üç bəla hansı cəmiyyətdə yayılarsa, həmin cəmiyyəti tənəzzülə və məhvə sürükləyər. 1. Nemət və sərvət sərxoşluğu. 🔘 Varlı insanlar sərvət və rifahın təsiri altında Allahı və Onun bəndələrini unudarlar. 💠 Halbuki nemət sərxoşluğu şərab sərxoşluğundan daha təhlükəlidir. Çünki şərabın sərxoşluğu bir gecədən sonra keçə bilər, lakin sərvət və rifahın yaratdığı qəflət və qürur insanın bütün ömrü boyu davam edə bilər. 2. Səbəbsiz yerə and içmək. ⭕️ Heç bir zərurət olmadan tez-tez and içmək Allahın adının hörmətini və müqəddəsliyini insanların gözündə azaldır. 3. Məcburiyyət olmadan yalan danışmaq. 🟤 Heç bir məcburiyyət olmadığı halda yalan danışmaq insanlar arasındakı etimadın təməllərini sarsıdır. ⚠️ Etimadın zəiflədiyi, yalanın yayıldığı və insanların sərvətə aludə olduğu bir cəmiyyətdə yaşamaq olduqca çətin və dözülməz hala gəlir. 🔰 Əxlaqi nəticə: Cəmiyyətin mənəvi süqutu yalnız yoxsulluq və çətinliklərdən qaynaqlanmır. Bəzən nemət bolluğu içində yaranan qəflət, səbəbsiz andlar və adi hala çevrilmiş yalanlar cəmiyyəti daxildən məhv edir.
    0 комментариев
    13 классов
    Allah rəhmət eləsin səni Vüqar(480P_SD).mp4
    0 комментариев
    12 классов
    0 комментариев
    22 класса
    VID_20261102_150522_084.mp4
    0 комментариев
    18 классов
    VID_20261102_152035_214.mp4
    0 комментариев
    19 классов
    1 комментарий
    49 классов
    💠 Nəfsin hesaba çəkilməsi — həqiqi özü ilə üzləşmək. 🟦 İnsan nəfsini hesaba çəkərkən həqiqi özü ilə üzləşməyə cəsarət edir; başqalarına nümayiş etdirdiyi özü ilə, psixoloji və ya sosial mənliyi ilə deyil, həqiqi özü ilə. Həqiqi özü ilə üzləşdikdə varlığında iki məqamı görür: 1. Yaxşı əməllər. ✅ Maraqlıdır ki, elə ilk üzləşmədəcə həyatında davam edən ilahi lütfləri, bərəkət və rəhmətləri görür. Özümüzlə üzləşib bu xeyirli işləri və itaətləri gördükdə, düzgün bir nəfs mühasibəsində belə deyirik: "Bunlar Allahın lütfüdür; burada nə müsbət qiymət varsa, məndən deyil". 🕋 Pak və müqəddəs Allahın bizə nə qədər çox lütf etdiyini, hər birimizə necə tövfiqlər bəxş etdiyini görürük. Lakin nəfsimizi hesaba çəkərkən bunları özümüzə deyil, Ona aid edirik. 2. Pis əməllər. ⭕️ Baxır və əməl dəftərimizdə çoxlu nöqsanlar və cahilliklər görürük. Lakin bu nöqsanlara ilişib qalmaq əvəzinə, bağışlanma diləyirik; Ondan əfv istəyir və həmin əməlləri təkrarlamayacağımıza söz veririk. Özümüzdə nöqsanları aşmaq qabiliyyətinin olduğunu görürük. 🌐 Bu gün bir nöqsanım var, amma o, həmişə məndə qalmalı deyil. Ona hər üz tutduğumda bol-bol feyz, rəhmət və lütf əldə edə bilərəm. Zəifliklər və uğursuzluqlar məni hərəkətsiz qoymur. "Bizimki artıq keçib!" demirəm. "Mənim islah olunmağım mümkün deyil!" demirəm. Əksinə, islahın mümkün olduğuna inanıram və həmin islahı pak və müqəddəs Allahdan diləyirəm.
    0 комментариев
    8 классов
    📝 İmam Əli əleyhissalam buyurur: أَلاَ وَ إِنَّ الدُّنْيَا قَدْ تَصَرَّمَتْ وَآذَنَتْ بِانْقِضَاءٍ وَ تَنَكَّرَ مَعْرُوفُهَا وَ أَدْبَرَتْ حَذَّاءَ "Bilin ki, dünya sona çatmış və öz sonunun yetişdiyini xəbər vermişdir. Gözəllikləri çirkinliyə çevrilmiş, üz döndərərək sürətlə uzaqlaşmaqdadır". 📚 Nəhcül-bəlağə 52-ci xütbə ✅ Əslində, bu sözün mənası budur ki, hər bir insanın dünyadakı ömrü o qədər qısadır ki, sanki doğulduğu andan ona: "Köçməyə hazır ol!" deyilir. 🔰 İlk cümlədə dünyanın daxili mahiyyətinə, ikinci cümlədə isə onun zahiri əlamətlərinə işarə edilir. Başqa sözlə, dünya həm öz mahiyyəti etibarilə fanidir, həm də insan həyatının müxtəlif məqamlarında görünən əlamətlər onun faniliyini xəbər verir. 💎 Məqsəd insanların qəflətə düşməməsi, dünyanın ötəriliyindən xəbərsiz qalmaması və uzun-uzadı arzuların doğurduğu zərərlərə məruz qalmamasıdır. ⭕️ Bəli, gəncliyin gözəllikləri sürətlə öz yerini qocalığın yorucu həyatına verir, nemətlər isə tədricən əldən gedir. Gözlər zəifləyir, qulaqlar eşitməz olur, sinirlər gücdən düşür, sümüklər köhnəlir, hamar və təravətli üzlər qocalığın qırışları ilə örtülür!
    0 комментариев
    6 классов
Закреплено
  • Класс
nuradogru
Фото
Фото
  • Класс
  • Класс
  • Класс
Фото
Фото
  • Класс
01:48
183 просмотра
  • Класс
01:41
630 просмотров
  • Класс
Показать ещё