Свернуть поиск
Дополнительная колонка
Правая колонка
əvvəli dünənki səhifədə.
... Ya Əhməd,bilirsənmi,zahidlər üçün mənim yanımda nələr var?
O Cənab (c) ərz elədi:Pərvərdigara,bilmirəm.
Cənab gəldi:Qiyamət günü xəlq hesabat verməyə gələr,onlar (zahidlər) isə bu işdən amanda olarlar.Axirətdə zahidlərə əta olunan ən kiçik şey cənnətlərin açarları olar ki,onların vastəlilə istədikləri qapıları açarlar.Mən özümü onlardan pərdələrəm,öz kəlamlarım vasitəsilə onları cürbəcür ləzzətlərlə nemətləndirərəm,onları həqq məqamında oturdaram,dünyada etdiklərini çəkdikləri əziyyətləri onlara xatırladaram,onlara dörd qapı açaram,o qapıların birindən səhər -axşam mənim yanımdan onlara hədiyyələr gələr;o biri qapıdan istədikləri vaxt heç bir çətinlik olmadan mənə baxarlar.Üçüncü qapıdan Cəhənnəmə tərəf baxıb,zalimlərə verilən əzabları görərlər.Dördüncü qapıdan onların yanına hurilər gələr.
O Cənab ərz elədi:Pərvərdigara.vəsf etdiyin zahidlər kimlərdir?
Cavab gəldi:Zahid belə kəsdir:Evi yoxdur ki,xəraba qalanda dərd çəksin;övladı yoxdur ki,öləndə onun üçün qəmgin olsun;heç bir şeyi yoxdur ki,əlindən gedəndə dərdlənib kədərlənsin.Onu heç bir insan tanımır ki,Allahın zikrindən bir an ayırıb məşğul etsin;onun xoşladığı heç bir təam yoxdur ki,onu sual edib istəsin və onun heç bir yumuşaq libasıda yoxdur. 15.Ya Əhməd,gecələrin ibadət zəhmətindən və gündüzləri oruc olmaqdan zahidlərin rəngləri sarı olur,Allah-taalanı zikr etməkdən dilləri quruyub lal olur,çox sükut etməkdən qəlblri sinələrində əzgin olur;onlara öz nəfslərindən qüvvət verilir ki,ibadət etsinlə r.Bu ibadət nə Cəhənnəm qorxusundan,nə də Cənnət şövqündəndir;onlar asimanların və yerin mələklərinə baxıb başa düşürlər ki,pak olan Allah ibadətə layiqdir. 16.Ya Əhməd,bunlar sənin ümmətindən və qeyri ümmətindən olan siddiqlərdən və şəhidlərdən ibarət bir cəmaətin dərəcəsidir.
O Cənab (s) ərz elədi:Pərvərdigara,hansı zahidlər çoxdur?Mənim ümmətimin zahidləri,ya ki,Bəni-İsrailin zahidləri?
Cavab gəldi:Bəni-İsrailin zahidləri sənin ümmətinin zahidləriilə müqayisədə bir ağ öküzün bədənində olan bir qara tük kimidir.
O Cənab (s) ərz elədi:Pərvədigara,bu necə olur?Axı Bəni-İsrail camaətinin sayı coxdur.
Cavab gəldi:Çünki onlar yəqindən sonra şəkk etdilər,iqrar edəndən sonra inkar etdilər.
O Cənab (s) ərz elədi:Allah-təalaya həmd və şükür edirəm və ümmətimi dəvət edirəm ki,digər xeyr əməlləri də hifz etsinlər...
ardı var...

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2