Свернуть поиск
Avropa dövlətlərinin Dublin sammitində iştirak edən İlham Əliyev digər dövlət və hökumət başçılarından təkcə mühafizəçisi ilə fərqlənmədi. Əliyevdən fərqli olaraq onların heç biri 55%-dən çox səs ala bilməyib seçkilərdə. Onların heç biri 23 ildir ki, hakimiyyətdə deyil. Onların heç biri hakimiyyəti atasından təhvil almayıb. Onların ölkələrinin quru sərhədləri bağlı deyil, onların ölkələrində siyasi məhbus yoxdur. Onların ölkələrinin Avropa Şurasındakı mandatı dondurulmayıb.
Əliyev hər şeyi ilə onlardan çox fərqlidir. Atasından təhvil alıb idarə etdiyi Azərbaycan onların dövlətindən tam fərqlidir. Bu sadaladığım fərqliliklərə görə Əliyevin yanında mühafizəçi var, onların yox. Bu fərqliliklər sadə bir fotoda belə öz əksini bu formada tapa bilir.
Xəyal Əzizbəyli
1 комментарий
7 классов
Bakıda bir qrup neftçinin işə gedə bilmədiyi və nəticədə maddi zərərə uğradığı deyilir. Səbəb kimi yenə də illərlə həll edilməmiş nəqliyyat problemi göstərilir. Küləkli hava şəraitində işə gedə bilməyən fəhlələrə boşdayanma yazılması, vəzifəli şəxslərin isə helikopterlə daşınması narazılıq yaradır.
Bahar İbadova adlı vətəndaş da buna etiraz edərək neft fəhlələrinə laqeyd münasibətdən gileylənib. O, keçmiş neft işçisi olduğu deyir. Narazılığın, əsasən, Çilov adasında çalışan neftçilərlə bağlı olduğu deyilir.
1 комментарий
2 класса
İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Afrikanın cənubunda yerləşən Esvatini Krallığının sənaye sektoruna 100 milyon dollar sərmayə yatırmağı planlaşdırır. Bu barədə noyabrın 9-da Times of Eswatini qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, razılaşma kral III Msvatinin 2026-cı ilin mayında Azərbaycana səfərindən sonra əldə olunub.
7 комментариев
8 классов
Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışmış general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva saxlanılıb.
O, külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.
İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək edəcəyi vədi ilə bir nəfərdən külli miqdarda pul alıb.
Məlumata görə, onun barəsində şikayətçi olan şəxs digər general-mayor, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevdir.
Ceyhun Rzayevin şikayəti əsasında Türkər Əliyeva şübhəli şəxs qismində saxlanılıb.
Türkər Əliyevanın vəkili Hikmət Əliyev bildirib ki, müdafiə tərəfi irəli sürülən ittihamı qəbul etmir və öz mövqelərini təsdiqləyən zəruri sübutları təqdim edəcək.
Məhkəmə general qızını həbs etməyib.
Hakim bildirib ki, general qızının həbsinə əsas yoxdur. Qərara əsasən həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq Türkel barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hakim Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqlarını təkbaşına böyütməsini, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılmasını nəzərə alıb.
2 комментария
12 классов
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq.
Yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdən əvvəlki ümumi diri çəkisi hesablanacaq.
Bu göstərici inək və camışlar, qoyun və keçilər, donuzlar, eləcə də quşlar üzrə ayrıca təsnifləşdiriləcək.
Bundan başqa, əvvəlki il ərzində qoyunlardan qırxılmış yunun və təsərrüfatda istehsal edilmiş baramanın ümumi miqdarı da kiloqramla qeydə alınacaq.
Məlumatlar faktiki istehsal göstəriciləri əsasında uçota daxil ediləcək. Ümumi göstəricilərlə onların tərkib hissələri arasında uyğunluq təmin olunmalı, eyni məhsulun və ya göstəricinin təkrar hesablanmasına yol verilməməlidir.
Qaydaya görə, məlumatları dəqiq müəyyənləşdirmək mümkün olmadıqda əsassız rəqəmlərin uçot sənədinə daxil edilməsinə icazə verilmir.
Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.
5 комментариев
4 класса
Noyabrın 6-da İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda “Sunbeverage” MMC-yə məxsus alkoqolsuz içki zavodunun açılışını etdi. Layihənin ümumi dəyəri nə az, nə çox - düz 70 milyon manatdır. Hətta bu layihəyə dövlət büdcəsindən, yəni İqtisadiyyat Nazirliyinin xətti ilə 5 milyon manat güzəştli kredit və əlavə 5 milyon manatlıq subsidiya dəstəyi də ayrılıb. Bəs bu qədər böyük investisiyanın və dövlət dəstəyinin arxasında hansı adlar gizlənir?
1 комментарий
5 классов
02:57
0 комментариев
28 раз поделились
17 классов
02:35
03:52
0 комментариев
29 раз поделились
16 классов
загрузка
Показать ещёДополнительная колонка
О группе
Administrator http://ok.ru/prosaytlarınnan kopyalanmış diger qruplardan kecid olunan tema ve Xeberler ,melumatlar qrupun administrator ve moderatorlar terefinden silinecek !!!
- Баку, Санкт-Петербург
Показать еще
Скрыть информацию
Правая колонка