Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Onların dediklərinə də məmurlar əhəmiyyət vermir:
- Regionlarda inanın ki, hamı bir nəfərdən, iki nəfərdən qorxur və heç kim də dilə gətirə bilmir. Yəni vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də, bu asfalt üçün vəsait ayrılıb və başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm. Açıq deyim, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur. Hökumət nümayəndələri rayonlara, şəhərlərə gedəndə icra başçısının və yaxud o rəsmi şəxsin təqdim etdiyi marşrutdan kənara çıxaraq vətəndaşlarla görüşə getməlidir. Belə olacağı təqdirdə hökumət üzvləri görəcək ki, o yollar niyə düzəlmir və yaxud problemlər nə dərəcədə qabarıqdır. Şəhər və rayon rəhbərliyi hökumətdən də gizlədir.
Mən bəlkə də, emosional çıxış etdim, ancaq inanın ki, seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığın ərazidə və ya bir yerdə böyüdüyümüz o qonşuların qarşısına çıxmaq olmur. Yəni deyirlər ki, sən vəzifə tutursan, sən yaxşı dolanırsan, bəs bizi niyə düşünmürsən? Yəni belə məsələlər var. Xahiş edirəm bu məsələlərlə bağlı mümkündürsə, hökumət ciddi tədbirlər görsün.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2